Baş Prokuror Horadizdə şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib - VİDEO

Kamran Əliyev və Xanlar Vəliyev

© APA | Kamran Əliyev və Xanlar Vəliyev

# 28 sentyabr 2021 15:18 (UTC +04:00)

Sentyabrın 27-də - Anım günündə Baş Prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Füzuli rayonunun Horadiz şəhərində yerləşən “Qəhrəmanlar parkı”nda şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, sentyabrın 26-ı və 27-də Baş Prokuror Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Kəlbəcər və Qubadlı rayonlarında səfərdə olmaqla hərbi prokurorluqların açılış mərasimində iştirak edib.

© APA | Baş Prokuror Horadizdə yerləşən “Qəhrəmanlar parkı”nda şəhidlər üçün yaradılmış abidə ziyarət edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR