Baş prokuror: "Vətən müharibəsində prokurorluq əməkdaşları da döyüşlərdə iştirak edib"

Kamran Əliyev

© APA | Kamran Əliyev

# 01 oktyabr 2021 10:51 (UTC +04:00)

"Vətən müharibəsində prokurorluq əməkdaşları həm ön cəbhədə, həm arxa cəbhədə iştirak edib".

APA-nın məlumatına görə, bunu "1 oktyabr- Prokurorluq işçilərinin peşə bayramı günü" və Azərbaycan Prokurorluğunun yaranmasının 103-cü ildönümü ilə bağlı keçirilən tədbirdə Baş prokuror Kamran Əliyev deyib.

Baş Prokuror qeyd edib ki, Vətən müharibəsi dövründə prokurorluq əməkdaşları da döyüşlərdə iştirak edib: "Digər qrupumuz isə müharibə dövründə törədilən cinayətlərin istintaqı ilə bağlı bir çox işlər aparılıb. Bu prosesdə Respublika Hərbi Prokurorluğunun əməkdaşlarının əməyini xüsusi qeyd etmək istəyirəm. Hərbi Prokurorluq əməkdaşları müharibə dövründə hərbi qulluqçularımızla çiyin-çiyinə səngərlərdə olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR