Baş Prokurorluq: 96 koronavirus testinin saxta olması faktı araşdırılır - VİDEO

Baş Prokurorluq: 96 koronavirus testinin saxta olması faktı araşdırılır - VİDEO
# 19 may 2021 15:43 (UTC +04:00)

Bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oksigen” klinikasından verilən tibbi arayışların saxta olması barədə məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qeyd edilən faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır: "Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR