Baş Prokurorluq arvadını öldürən hakimin vəkilinin dediklərinə münasibət bildirib

Baş Prokurorluq arvadını öldürən hakimin vəkilinin dediklərinə münasibət bildirib
# 31 may 2021 13:12 (UTC +04:00)

Baş Prokurorluq həyat yoldaşını qətlə yetirən hakim Fəqan Əhmədovun vəkilinin açıqlamalarına münasibət bildirib.

Baş Prokurorluq hakim Fəqan Əhmədovun vəkillərinin mediaya açıqlaması ilə bağlı APA-ya bildirib ki, cinayət işi üzrə intensiv istintaq hərəkətləri aparıldığı hazırkı dövr ərzində hər hansı açıqlamanın verilməsi istintaqın gedişatına təsir kimi qəbul ediləcək: “Odur ki, Baş Prokurorluq bu kimi hərəkətlərdən çəkinməyi tövsiyə edir”.

Qeyd edək ki, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Qeyd edək ki, vəkil Bəylər Məmişov açıqlamasında Fəqan Əhmədovun həyat yoldaşını guya qəsdən öldürməsi ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını deyib. O qeyd edib ki, hadisə zarafat zəminində baş verib. Vəkil Fəqan Əhmədovun odlu silahla ehtiyasız davrandığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR