Baş Prokurorluq azad edilmiş ərazilərdəki yanğınlarla bağlı vətəndaşlara xəbərdarlıq edib - VİDEO

Baş Prokurorluq azad edilmiş ərazilərdəki yanğınlarla bağlı vətəndaşlara xəbərdarlıq edib - VİDEO
# 13 iyul 2021 15:59 (UTC +04:00)

Baş Prokurorluq işğaldan azad edilmiş ərazilərdə baş verən yanğınlarla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə xeyli sayda yanğın hadisələrinin baş verməsi müşahidə olunur.

“Hazırda aparılan yenidənqurma və bərpa işlərini həyata keçirən, habelə Qarabağa səfər edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaması, ağaclıq və taxıl sahələrində, meşə massivlərində tütün məmulatlarının və ya digər yanacaq tullantılarının həmin ərazilərə atılması kimi zidd əməllərin törədilməsi yanğın hadisələrinə səbəb olur. Nəticədə qeyd edilən ərazilərdə flora və faunaya ciddi ziyan vurulur. Baş Prokurorluq bir daha xəbərdarlıq edərək bildirir ki, bu qəbildən olan qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar! “Təbiəti qorumaq hər bir vətəndaşın borcudur!””, - deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR