Baş Prokurorluq: "Azadinfo.az" saytının rəhbəri saxlanılıb

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 10 sentyabr 2021 10:29 (UTC +04:00)

"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

APA-nın əldə etdiyi məlumata görə, o, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qurumdan bildiriblər ki, ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, "Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR