Baş Prokurorluq: Bu ilin 9 ayı ərzində 662 cinayət işi məhkəməyə göndərilib

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 14 oktyabr 2021 11:30 (UTC +04:00)

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, bu günün rəqəmi isə 662-dir.

Bildirilib ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 662 cinayət işinin istintaqının yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilməsi təmin edilib: "Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR