Baş Prokurorluq: Bu ilin I yarımilində intiharlar nəticəsində 322 nəfər həyatını itirib

Baş Prokurorluq: Bu ilin I yarımilində intiharlar nəticəsində 322 nəfər həyatını itirib
# 20 avqust 2021 14:47 (UTC +04:00)

2021-ci ilin I yarımili ərzində ölkə ərazisində baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər şəxs həyatını itirib.

APA-nın xəbərinə görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.

"Təəssüflər olsun ki, təkcə 2021-ci ilin I yarımili ərzində ölkə ərazisində baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər şəxs həyatını itirib", - deyə prokurorluğun məlumatında bildirilib.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə intiharlarla bağlı videomüraciət təqdim olunub.
Videomüraciətdə bildirilir ki, müasir dövrdə cəmiyyətin sağlam gələcəyini təhdid edən sosial problemlərdən biri də intihardır. Müxtəlif psixoloji (və ya sosial) problemlərin nəticəsi olaraq hər il dünyada 1 milyona yaxın insan öz istəyi ilə həyatına son qoyur: "Təəssüflər olsun ki, təkcə 2021-ci ilin I yarımili ərzində ölkə ərazisində baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər şəxs həyatını itirib.
Bu faciəvi sonluqdan qaçmaq üçün psixoloji dəstəyə ehtiyacı olan insanları görməzdən gəlməməli, onlara laqeyd yanaşmamalıyıq.
Həyat və insanlar sandığın qədər əzabverici deyil, dəyişməli olan baxış bucağındır!
Qaranlıqdan sonra günəş mütləq doğacaq, həyatın kontrolunu ələ al!"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR