Baş Prokurorluq: Helikopter qəzası ilə bağlı araşdırmalar davam edir

Mahir Abbasov

© APA | Mahir Abbasov

# 06 dekabr 2021 15:11 (UTC +04:00)

"Helikopter qəzası ilə bağlı istintaq qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Mürəkkəb hadisə olduğuna görə ekspertizalar təyin olunub".

APA xəbər verir ki, bunu Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Mahir Abbasov deyib.

O bildirib ki, hadisənin baş verməsi səbəbləri ilə bağlı ekspertizaların nəticələri başa çatdıqdan sonda açıqlama veriləcək: "Hazırda “qara qutu”nun üzərində işlər gedir".

Qeyd edək ki, noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərindən 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. Hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR