Baş Prokurorluq helikopter qəzası ilə bağlı KİV və sosial şəbəkədə dəqiqləşdirilməmiş, ajiotaj yaradacaq məlumatlar yaymamağa çağırıb

Günay Səlimzadə

© APA | Günay Səlimzadə

# 30 noyabr 2021 19:35 (UTC +04:00)

Baş Prokurorluq helikopter qəzası ilə bağlı KİV və sosial şəbəkələrdə dəqiqləşdirilməmiş, ajiotaj yaradacaq məlumatlar yaymamağa çağırır.

APA-nın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə brifinqdə bildirib ki, KİV və sosial şəbəkələrdə dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad olunmadan ajiotaj yaradacaq məlumatlar yayılmaması xahiş olunur. “Bu kimi hallar baş verdikdə qanunla nəzərdə tutulmuş tədbirlər tətbiq edilməklə məsuliyyətə cəlb edilmələri təmin ediləcək”, - deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR