Baş Prokurorluq iki uşağın göbələkdən zəhərlənərək vəfat etməsi faktını araşdırır - YENİLƏNİB-1

Baş Prokurorluq iki uşağın göbələkdən zəhərlənərək vəfat etməsi faktını araşdırır - YENİLƏNİB-1
# 20 oktyabr 2021 10:43 (UTC +04:00)

Baş Prokurorluq iki uşağın zəhərlənərək vəfat etməsi faktı ilə bağlı araşdırma aparır.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Qax rayonunun Tasmaslı kənd sakinləri 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər.

Onlardan M. Qasımlı və İ. Qasımzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

09.50

Qaxda bir ailənin bir neçə üzvü göbələkdən zəhərlənib.

APA xəbər verir ki, hadisə rayonun Tasmaslı kəndində qeydə alınıb.

Kənd sakini Mübariz Qasımov, onun oğlu 12 yaşlı Murad Qasımlı və 9 yaşlı qardaşı oğlu İbrahimxəlil Qasımzadə göbələkdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti ağır olduğundan Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər.

Zəhərlənən 12 yaşlı M. Qasımlı xəstəxanaya çatan zaman, 9 yaşlı İ. Qasımzadə isə gecə saatlarında dünyasını dəyişib.

***

09:35

Qaxda 9 yaşlı oğlan zəhərlənib.

APA xəbər verir ki, Qasımzadə İbrahimxəlil Həbib oğlu göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüb.

Lakin gecə saatlarında həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Faktı APA-ya mərkəzin direktoru Azər Maqsudov təsdiqləyib. Bildirib ki, xəstə gecə saat 01 radələrində dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR