Baş Prokurorluq “Instagram”da sual-cavab sessiyası keçirib

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 21 sentyabr 2021 15:31 (UTC +04:00)

Bu gün saat 10:00-dan 13:00-dək Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində növbəti sual-cavab sessiyası keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələri və sosial media vasitəsilə məlumatlandırılıb.

İctimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.

Sessiya zamanı 56 müraciət daxil olub, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib.

Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR