Baş Prokurorluq: Narkotik vasitələrlə mübarizə məqsədilə İşçi qrup yaradılacaq

Baş Prokurorluq: Narkotik vasitələrlə mübarizə məqsədilə İşçi qrup yaradılacaq

© APA | Baş Prokurorluq

# 23 iyul 2021 17:39 (UTC +04:00)

İyulun 23-də Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğundan APA-ya verilən məlumatına görə, müşavirədə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə bağlı müvafiq normativ aktların, həmçinin digər sahələr üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair layihələrin hazırlanmaqla aidiyyəti üzrə təqdim edildiyi bildirilib.

Eyni zamanda, sintetik və təbii mənşəli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının xüsusilə gənclər arasında istehlakının təbliğ edilməsi hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə digər dövlət qurumları və hüquq-mühafizə orqanları ilə birgə İşçi qrupun yaradılması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR