Batma təhlükəsi olan 1 nəfər xilas edilib

Batma təhlükəsi olan 1 nəfər xilas edilib
# 31 avqust 2021 22:14 (UTC +04:00)

“Qızılqum” sularda xilasetmə məntəqəsindən kənarda (nəzarətsiz ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

APA xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Bildirilir ki, həmin şəxs nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən sudan çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR