BDU-da rektorun müşaviri və komendant bıçaqlanıb - YENİLƏNİB-1 - VİDEO

Bakı Dövlət Universiteti

© APA | Bakı Dövlət Universiteti

# 27 iyul 2021 15:33 (UTC +04:00)

Bakı Dövlət Universitetində (BDU) bu gün bıçaqlanan rektor müşaviri və komendantın vəziyyəti normaldır.

Bu barədə APA-ya BDU-nun mətbuat katibi Günel Orucəliyeva bildirib. Hazırda onlar həkim nəzarəti altındadır.

Məlumatda qeyd olunub ki, bu gün saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.

Xəsarət alan hər 2 şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə təqsirli bilinən Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

14.43

Daxili İşlər Nazirliyi (DİN) BDU-da baş verən bıçaqlanma hadisəsi barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BDU əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevi bıçaqlamaqda şübhəli bilinən, həmin universitetin əməkdaşı paytaxt sakini İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

***

14.38

Bakı Dövlət Universitetində bıçaqlanma hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün universitet ərazisində qeydə alınıb.

Hələlik kimliyi dəqiqləşməyən şəxs universitet rektorunun Maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyevi və BDU komendantını bıçaqlayıb.

BDU-nun mətbuat katibi Günel İsgəndər APA-ya faktı təsdiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR