BDYPİ yeni tədris ilinin başlanması ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

BDYPİ yeni tədris ilinin başlanması ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
# 22 sentyabr 2021 11:50 (UTC +04:00)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yeni tədris ilinin başlanması ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

İdarənin əməkdaşı, polis mayoru Araz Əsgərlinin APA-ya verdiyi məlumata görə, artıq bütün məktəblərin qarşısında və ona paralel küçələrdə xidmət gücləndirilmiş qaydada aparılır.

İdarə əməkdaşı qeyd edib ki, artıq “Diqqət, uşaqlara” aylığı da başlayıb: “Bu aylıq sentyabrın 20-dən oktyabrın 20-dək nəzərdə tutulub. Məqsədimiz yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məsələsində azyaşlı və yeniyetmələrə bir daha maarifləndirici tədbirlər həyata keçirməkdir. Sürücülərdən bir daha xahiş edirik ki, yollarda diqqətli olsunlar. Çünki yollarda, məktəblərin qarşısında və ona paralel küçələrdə hər an qarşılarına yeniyetmə və azyaşlılar çıxa bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR