Bərdədə 2 avtomobil toqquşub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Bərdədə yol qəzası

© APA | Bərdədə yol qəzası

# 10 iyul 2021 19:55 (UTC +04:00)

Bərdədə baş verən yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, qəza zamanı sərnişinlərdən Tanrıverdi Hacıyev ölüb, Bərdə rayon sakinləri - 1991-ci il təvəllüdlü Qarayev Rüfət Əbülfət oğlu və 1990-cı il təvəllüdlü İsmayılov İlkin Şahin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

***

18.27

Bərdədə 2 minik maşını toqquşub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qaradəmirçi kəndi ərazisində baş verib. “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in xilasediciləri də cəlb olunub.

Faktla bağlı araşdırma aparılır, ölən və xəsarət alanların kimliyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR