Bərdədə 30 yaşlı hamilə xəstəxanada ölüb - YENİLƏNİB - FOTO

Bərdədə 30 yaşlı hamilə xəstəxanada ölüb - YENİLƏNİB  - FOTO
# 21 oktyabr 2021 13:23 (UTC +04:00)

Bərdədə hamilə ölümü baş verib.

Bərdə Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, 1991-ci il təvəllüdlü rayon sakini Hüseynova Naibə Mürvət qızının ölümünə tromboemboliya səbəb olub.

Məlumata görə, gənc qadın dünən axşam saatlarında kəskin qanaxma ilə xəstəxanaya gətirilib. Erkən hamiləlik dövründə olan qadının dərman qəbul edərək hamiləliyi ləğv etmək istədiyi, bundan sonra qanaxma yarandığı məlum olub.

Əməliyyat zamanı onun vəziyyəti kəskin pisləşib və həkimlərin səyinə baxmayaraq N. Hüseynovanı xilas etmək mümkün olmayıb.

***

12.47

Bərdədə hamilə ölümü baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Bərdə Doğum evində bu gün səhər saatlarında qeydə alınıb.

Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsinə gətirilən 1991-ci il təvəllüdlü rayon sakini Hüseynova Naibə Mürvət qızı örada ölüb.

Hələlik ölümün dəqiq səbəbi məlum deyil.

Elgün Gəncimsoy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR