Bərdədə 7 nəfərə qarşı dələduzluq edən şəxs tutulub

Bərdədə 7 nəfərə qarşı dələduzluq edən şəxs tutulub
# 03 iyul 2021 13:50 (UTC +04:00)

Bərdədə 7 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri B.Qarayevə və S.Abbasovaya məxsus bankomat kartlarından 182 manat pul oğurlamaqda, 7 nəfərə qarşı isə dələduzluq etməkdə şübhəli bilinən Ağcabədi rayon sakini N.Mehdiyev saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR