Bərdədə avtomobil piyadanı vuraraq öldürüb

Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
# 03 iyun 2021 13:24 (UTC +04:00)

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən APA-ya verilən məlumata görə, iyunun 3-də saat 1 radələrində Bərdə şəhəri ərazisində Şirvanlı kənd sakini N.Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən şəhər sakini Yaşar Lazımovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR