Bərdədə avtomobil qəzasında 1 nəfər ölüb

Bərdədə avtomobil qəzasında 1 nəfər ölüb
# 19 iyun 2021 17:47 (UTC +04:00)

Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Soğanverdilər kəndində baş verib.

Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yol kənarına düşüb. Nəticədə avtomobildə olan sərnişin 1996-cı il təvəllüdlü Aslanova Fərqanə İslam qızı müxtəlif dərəcəli bədən xəsarəti alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, F.Aslanovanın vəziyyəti ağır olduğu üçün həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR