Bərdədə avtomobilin vurduğu 2 qadından  biri ölüb - VİDEO  

Bərdədə avtomobilin vurduğu 2 qadından  biri ölüb - VİDEO   
# 23 noyabr 2021 20:03 (UTC +04:00)

Hadisə Bərdə rayonunun H.Əliyev prospektində baş verib.

APA-nın xəbərinə görə, yolu keçmək istəyən piyadaları "VAZ-2107" markalı minik avtomobili vurub.

Hadisə zamanı 1989-cu il təvəllüdlü Məmmədova Gülnar hadisə yerində ölüb, Gülməmmədova Nahidə isə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR