Bərdədə bazarda yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB

Bərdə rayonunun Güloğlular kəndində yanan bazar

© APA | Bərdə rayonunun Güloğlular kəndində yanan bazar

# 26 may 2021 09:30 (UTC +04:00)

Bərdədə bazarda baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib: "Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq tam söndürülüb.

Qeyd edək ki, yanğının mürəkkəbliyi nəzərə alınaraq yanğınla mübarizə məqsədilə Bərdə rayon Yanğından Mühafizə Hissəsi ilə yanaşı, Yevlax, Ağdam, Tərtər və Ağcabədi rayonlarının Yanğından Mühafizə hissələrinin də müvafiq qüvvələri cəlb olunub".

***

08:04

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.

© APA | Bərdədə bazarda yanğın söndürülüb

© APA | Bərdədə bazarda yanğın söndürülüb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR