Bərdədə ərindən ayrılan bacısının başını kəsən şəxsin məhkəməsi başlayır

Bərdədə ərindən ayrılan bacısının başını kəsən şəxsin məhkəməsi başlayır
# 02 dekabr 2021 19:19 (UTC +04:00)

Bərdədə bacısının qətlə yetirməkdə təqsirləndirilən Fəqan Cabbarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il avqustda Uğurbəyli kəndində baş verib. Fəqan Cabbarov evlərində bacısı Nərmin Cabbarovanın başını kəsib.

Hadisənin namus üstə baş verdiyi,həmçinin qadının ərindən yeni ayrıldığını və iki övladının olduğunu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR