Bərdədə ev, Masallıda təndirxana yanıb

Bərdədə ev, Masallıda təndirxana yanıb
# 21 avqust 2021 15:43 (UTC +04:00)

Bərdə rayonunda ümumi sahəsi 252 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 32 m² sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Masallı rayonunun Sığıncaq kəndində isə ümumi sahəsi 15 m² olan təndirxananın dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə və içərisinə yığılan 0,5 m³ odun yanıb. Təndirxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR