Bərdədə iki minik maşını toqquşub, xəsarət alan var - FOTO

Bərdədə iki minik maşını toqquşub, xəsarət alan var - FOTO
# 27 oktyabr 2021 20:12 (UTC +04:00)

Bərdə rayonunda iki minik maşını toqquşub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayon Əmirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 02-BX-738 dövlət nömrə nişanlı “VAZ-21012” markalı minik maşını, 02-BT-507 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşınla toqquşub.

Nəticədə ikincinin sürücüsü, Ağdam rayon sakini Kərəm Əbduləzimov müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb.

Elgün Gəncimsoy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR