Bərdədə karantin qaydalarının pozulduğu restoran aşkar edilib

Bərdədə karantin qaydalarının pozulduğu restoran aşkar edilib
# 24 iyul 2021 12:04 (UTC +04:00)

Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Qızıl Tac” şadlıq sarayında keçirilən toy mərasiminin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi aşkarlanıb.

Aşkarlanmış qayda pozuntusu ilə əlaqədar restoranın sahibinə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 4000 manat məbləğində inzibati qaydada protokol tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR