Bərdədə koronavirus xəstələri ictimai yerdə saxlanılıb

Bərdədə koronavirus xəstələri ictimai yerdə saxlanılıb
# 28 oktyabr 2021 10:29 (UTC +04:00)

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerlərdə aktiv koronavirus xəstələri aşkar olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, F.Abbasovanın və H.Neciyevin koronavirus testlərinin nəticələri pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin edilsə də, həmin şəxslər karantin rejiminin qaydalarını pozaraq yaşadıqları ünvanları tərk ediblər.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə onların hər ikisi rayon ərazisində saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Bərdə RPŞ-də araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR