Bərdədə məktəb binası uçub - FOTO - VİDEO

Bərdədə uçan məktəb

© APA | Bərdədə uçan məktəb

# 07 oktyabr 2021 15:08 (UTC +04:00)

Bərdə rayonunda məktəb binası uçub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Mehdili kənd tam orta məktəbində baş verib. Mehdili kənd ərazi nümayəndəsi, Rəhim Kazımov APA-ya bildirib ki, məktəb binası 3 gündür ki, hissə-hissə uçmağa başlayıb. Sonuncu uçqun idman zalında baş verdiyi üçün xəsarət alan olmayıb.

200 şagirdin təhsil aldığı 360 yerlik məktəb binasının növbəti ildən tikintisinə başlanacaq.

R. Kazımov onu da bildirib ki, şagirdlərin təhsilini davam etdirməsi üçün ən qısa müddətdə sinif otaqları quraşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR