Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb

Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb
# 06 dekabr 2021 10:18 (UTC +04:00)

Polis əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerdə bu xəstəliyə yoluxmuş şəxs aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində V.Ağayevin özünütəcrid müddəti bitmədən müalicə aldığı ünvanı tərk etdiyi və şəhər ərazisində olduğu müəyyən olunub. Həmin şəxs müəyyən edildiyi ərazidən həkimlərin müşaiyəti ilə müalicə aldığı ünvana geri qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR