Bərdədə polisə yalan məlumat verən şəxs saxlanılıb

Bərdədə polisə yalan məlumat verən şəxs saxlanılıb
# 28 avqust 2021 15:42 (UTC +04:00)

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Ağcabədi rayon Hüsülü kənd sakini Zabil Əhmədov Bərdə RPŞ-yə ərizə ilə müraciət edərək rayon ərazisindəki yeməkxanaların birində olarkən naməlum şəxs tərəfindən ona xəsarət yetirilməsi və 7 600 manat pulunun ələ keçirilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Araşdırmalar zamanı Z. Əhmədovun 10 800 manat məbləğində borclu olduğu və həmin borcu qaytara bilmədiyi üçün özünə xəsarət yetirərək 7 600 manat pulunun oğurlanması görüntüsü yaratmaq məqsədi ilə bilərəkdən yalan məlumat verdiyi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR