Bərdədə qadın özünü kanala ataraq intihar edib  - YENİLƏNİB

Bərdədə qadın özünü kanala ataraq intihar edib  - YENİLƏNİB
# 01 noyabr 2021 13:07 (UTC +04:00)

Ötən gün özünü Bərdədə kanala ataraq intihar edən qadının kimliyi məlum olub.

APA- nın yerli bürosunun xəbərinə görə, intihar edən qadın Ağdam rayonunun Seyidli kənd sakini, hazırda Bənövşələr qəsəbəsində yaşayan, 1963-cü il təvəllüdlü Süleymanova Ətlaz Hüseyin qızıdır. Ə.Süleymanovanın oğlu Amil Abdullayev APA-ya bildirib ki, anası əsəb xəstəliyindən əziyyət çəkib: "Anam 3 ay ruhi-əsəb dispanserində müalicə alıb. Vəziyyəti yaxşılaşdığı üçün gətirmişdik evə. Hadisə baş verən gün Bərdə rayon Mirzalıbəyli kəndində yaşayan bacımgilə gedəcəyini deyib evdən çıxıb. Kənddən keçən kanalın üstündəki körpüdən özünü kanala atıb".

***

31 noyabr, 16.28

Bərdədə orta yaşlı qadın özünü kanala ataraq intihar edib.
APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə Qarabağ kanalının rayonun Mirzalıbəyli kəndindən keçən hissəsində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları cəlb olunub. Xilasedicilər naməlum şəxsin meyitini kanaldan çıxararaq adiyyatı üzrə təhvil verib.
Faktla bağlı cinayət işi açılıb, intihar edənin kimliyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR