Bərdədə traktor minik maşını ilə toqquşub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb - FOTO

Bərdədə traktor minik maşını ilə toqquşub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb - FOTO
# 02 avqust 2021 23:12 (UTC +04:00)

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Qaradəmirçi adlanan kəndində qeydə alınıb.

Hərəkətdə olan traktor qarşıdan gələn “VAZ ”21011 markalı minik maşını ilə toqquşub. Nəticədə “VAZ”da olan bir nəfər hadisə yerində həyatını itirib, digər iki nəfər - Ağcabədi rayon sakinləri İbrahimov Namiq Akif oğlu və Mehrəliyev Təbriz oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR