Bərdədə yol qəzasında 1 nəfər həlak olub - FOTO - VİDEO

Bərdədə yol qəzasında 1 nəfər həlak olub  - FOTO  - VİDEO
# 25 noyabr 2021 21:48 (UTC +04:00)

Bərdədə 1 nəfərin ölümünə, 3 nəfərin xəsarət almağına səbəb olan zəncirvari qəza hadisəsi baş verib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə Yevlax-Bəhrəmtəpə yolunun Bərdə rayonunun Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes-Benz", "Vaz- 21015" və "Volkswagen" markalı minik avtomobillərinin toqquşması nəticəsində, Rəhimov Elvin Mübariz oğlu həyatını itirib. Mingəçevir şəhər sakinləri 1974-cü il təvəllüdlü Əhmədov Elxan Fərəc oğlu, 1985-ci il təvəllüdlü Həmzəyev Malik Əli oğlu və 1985-ci il təvəllüdlü Əmiraslanov Sərxan Zaman oğlu müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR