Bərdədə yol qəzasında xəsarət alanlarda 4-ü bir ailənin üzvüdür - FOTO - YENİLƏNİB - VİDEO

Bərdədə yol qəzasında xəsarət alanlarda 4-ü bir ailənin üzvüdür - FOTO  - YENİLƏNİB  - VİDEO
# 17 oktyabr 2021 21:30 (UTC +04:00)

Bərdədə baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

APA-nın Qarabağ Bürosunun məlumatına görə, xəsarət alanlar Ağdam rayon sakinləri - 2007-ci il təvəllüdlü Hüseynov Aysu Rəşad oğlu, 1984-cü il təvəllüdlü Hüseynova Ülviyyə Rasim oğlu, 1976-cı il təvəllüdlü Hüseynov Rəşad Əli oğlu, 2009-cu il təvəllüdlü Hüseynov İmran Rəşad oğlu və Bərdə rayon Mirzəxanli kənd sakini 1992-ci il il təvəllüdlü Məmişov Dünyamin Etibar oğludur.

Qeyd edək ki, onlardan dördü bir ailənin üzvləridir.

20:44

***

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ Bürosunun məlumatına görə hadisə rayonun Mirzəxanli kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan VAZ-21011 markalı minik maşını "Opel" markalı maşınla toqquşub. Nəticədə beş nəfər xəsarət alıb.

Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu deyilir.

Faktla bağlı araşdırma başlanılıb.

Elgün Gəncimsoy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR