Bərdədə yük avtomobili yanıb, sürücü xəsarət alıb

Bərdədə yük avtomobili yanıb, sürücü xəsarət alıb
# 09 iyun 2021 17:09 (UTC +04:00)

Bərdə rayonunun Birinci Qaradəmirçi kəndində "ЗИЛ" markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 3 ton ot bağlamasının 700 kiloqramı və yaxınlıqda hasara quraşdırılan 1 ədəd qaz sayğacı yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən təcili və təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR