Beyləqanda anbar yanıb

Beyləqanda anbar yanıb
# 18 iyul 2021 19:01 (UTC +04:00)

Beyləqan rayonunun Dünyamalılar kəndində ümumi sahəsi 578 m² olan birmərtəbəli anbarın (hazırda fəaliyyət göstərməyən) dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR