Beyləqanda iki avtomobil toqquşub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Beyləqanda yol qəzası

© APA | Beyləqanda yol qəzası

# 21 iyun 2021 15:59 (UTC +04:00)

Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi nətəcəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bəhrəmtəpə-Mingəçevir avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Beyləqan rayon Türklər kənd sakini, 1958-ci il təvəllüdlü Aydınov Murad Nupil oğlunun idarə etdiyi 11-BJ-137 dövlət nömrə nişanlı, "VAZ-21011" və Beyləqan rayon İkinci Aşıqlı kənd sakini, 1958-ci il təvəllüdlü Ağayev Hidayət Seyidimran oğlunun idarə etdiyi 11-BX-921 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "VAZ-21011" markalı avtmobilin sürücüsü dünyasını dəyişib. Digər maşının sürücüsü və avtomobildə olan sərnişinlər, Beyləqan rayon İkinci Aşıqlı kənd sakinləri - Pətiyeva Güləndam Kərim Qızı , Paşayeva Zülfiyyə Kərim qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR