Biləcəridə dəmir yolu məntəqəsindən 1 tondan çox metal oğurlanıb

Biləcəridə dəmir yolu məntəqəsindən 1 tondan çox metal oğurlanıb
# 26 noyabr 2021 12:51 (UTC +04:00)

Biləcəri dəmir yolu çeşidləmə məntəqəsinin ərazisindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 23-də Biləcəri dəmir yolu çeşidləmə məntəqəsinin ərazisindən 1,1 ton metal qırıntılarını oğurlamağa cəhd göstərən Bakı şəhər sakini T.Şıxıyev və Sumqayıt şəhər sakini Ş.Sadıqov saxlanılıblar.
Davam etdirilən tədbirlərlə qrupun digər üzvləri - oranın işçiləri, Bakı şəhər sakini C.Xudiyev, Mingəçevir şəhər sakini İ.Səfərov və Zəngilan rayon sakini O.Ağayev də müəyyən edilərək saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR