Biləsuvarda 17 yaşlı velosipedçini avtomobil vurub

Biləsuvarda 17 yaşlı velosipedçini avtomobil vurub
# 19 iyul 2021 18:02 (UTC +04:00)

Biləsuvar rayonunda 17 yaşlı velosipedçini maşın vurub.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, rayonun Xırmandalı kəndində 2004-cü il təvəllüdlü Rəvan Həsənovun sürdüyü velosiped ilə Beyləqan sakini, 1992-ci il təvəllüdlü Elnur Məmmədlinin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil toqquşub. Nəticədə ağır kəllə-beyin travması alan velosipedçi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR