Biləsuvarda 86 yaşlı kişi kanalda boğulub

Biləsuvarda 86 yaşlı kişi kanalda boğulub
# 07 iyun 2021 09:52 (UTC +04:00)

Biləsuvarda boğulma hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Cənubi Muğan kanalında qeydə alınıb. Biləsuvar rayonunun Nərimankənd kənd sakini, 1935-ci il təvəllüdlü Şirzahid Şahsuvarov Cənubi Muğan kanalına düşərək boğulub. Onun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiq deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR