Biləsuvarda avtomobil aşıb, xəsarət alanlar var

Biləsuvarda avtomobil aşıb, xəsarət alanlar var
# 27 noyabr 2021 21:27 (UTC +04:00)

Biləsuvarda avtomobilin aşması nəticəsində 3 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Beyləqan rayon sakini, 1982-ci il təvəllüdlü İlqar Mehman oğlu Atakişiyev "BMW" markalı avtomobillə Biləsuvar şəhərində hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb.

Qəza nəticəsində ilkin məlumata görə, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR