Biləsuvarda avtomobil piyadanı vurub

Biləsuvarda avtomobil piyadanı vurub
# 21 iyul 2021 13:45 (UTC +04:00)

Biləsuvarda avtomobil piyadanı vurub.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə rayonun Əsgərabad kəndində baş verib.

"VAZ-2115" markalı minik avtomobili kənd sakini Yaşlıxan İslamovu vurub. Baldır sümüyü sınan və kəllə-beyin travması alan piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR