Biləsuvarda avtomobil traktorla toqquşub, ölən var

Biləsuvarda avtomobil traktorla toqquşub, ölən var
# 29 may 2021 12:40 (UTC +04:00)

Biləsuvarda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 28-də saat 21 radələrində Biləsuvar rayonu ərazisində Kavdar kənd sakini Z.Fehruzlu idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən Tinli kənd sakini H.Məmmədovun idarə etdiyi “Belarus” markalı traktora vurub. Nəticədə Z.Fehruzlunun sərnişini Yadigar Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR