Biləsuvarda minik avtomobili ağaca çırpılıb, ölən var

Biləsuvarda minik avtomobili ağaca çırpılıb, ölən var
# 05 iyun 2021 10:43 (UTC +04:00)

Biləsuvarda minik avtomobili ağaca çırpılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza rayonun Xırmandalı kəndində qeydə alınıb. Kənd sakini, 1952-ci il təvəllüdlü Məmmədhəsən Həsənovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə ağaca çırpılıb. Nəticədə avtomobildə olan sürücünün həyat yoldaşı Elzangül Şahbazova dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR