Biləsuvarda motosiklet piyadanı vuraraq öldürüb

Biləsuvarda motosiklet piyadanı vuraraq öldürüb
# 16 sentyabr 2021 08:36 (UTC +04:00)

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Heydər Əliyev prospektində şəhər sakini, 1962-ci il təvəllüdlü İradə Əhmədova hərəkətdə olan, 1996-cı il təvəllüdlü Fərid Həsənlinin idarə etdiyi "Yamaha" markalı motosiklet tərəfindən vurulub.

Nəticədə ağır dərəcəli bədən xəsarəti alan piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR