Biləsuvarda yük avtomobili piyadanı vurarq öldürüb

Biləsuvarda yük avtomobili piyadanı vurarq  öldürüb
# 01 oktyabr 2021 23:50 (UTC +04:00)

Biləsuvar şəhəri ərazisində yük avtomobili 1963-cü il təvəllüdlü Akif Hüseynovu vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, nəticədə ağır dərəcəli bədən xəsarətləri alan piyadanı xəstəxanaya çatdırmaq mümkün olsa da, həkimlərin səyinə baxmayaraq A.Hüseynov dünyasını dəyişib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Hazırda hadisəni törədən avtomobil və sürücüsü dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR