Binəqədidə yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə edilib

Binəqədidə yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə edilib
# 04 dekabr 2021 09:10 (UTC +04:00)

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının onüçüncü mərtəbəsində liftin qarşısına yığılan taxta tullantıları 5 m² sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR