BMT-nin rezident əlaqələndiricisi: "Əlilliyi olanlar COVİD-in ən çox təsir etdiyi insanlardır"

Vladanka Andreeva

© APA | Vladanka Andreeva

# 03 dekabr 2021 11:17 (UTC +04:00)

Dünya əhalisinin təxminən 15 faizi əlilliyi olan şəxslərdir.

APA-nın məlumatına görə, bunu 3 Dekabr Beynəlxalq Əlilliyi olan İnsanlar Günündə "Hamı üçün layiqli iş - heç kim kənarda qalmasın" mövzusunda konfransda çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva bildirib. Onun sözlərinə görə, əlilliyi olan şəxslər COVİD-in ən çox təsir etdiyi insanlardır: "Onların reabilitasiya xidmətlərinə çıxışına məhdudiyyət yaranıb. Qeyri-bərabərlik insanları kənara atır. Azərbaycandakı dövlət təşkilatları, qurumlar layiqli iş təminatı ilə bağlı işlər görür. İnklüziv işin təmin edilməsi ilə əlilliyi olan şəxslər daha müstəqil və faydalı ola bilərlər, onda iqtisadiyyat da daha inklüziv olacaq. Bərabər iştirakçılığın təmin edilməsi bütün cəmiyyətə təsir edə bilər. Ən vacib məsələ onlar üçün şəraitin yaradılmasıdır. Bununla həmin insanların gündəlik həyatı daha da asanlaşacaq, iş imkanları da artacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR