BQXK: İtkin düşən şəxslərlə bağlı döyüşlərin aparıldığı ərazilərdə axtarış əməliyyatlarında müntəzəm iştirak edirik

BQXK: İtkin düşən şəxslərlə bağlı döyüşlərin aparıldığı ərazilərdə axtarış əməliyyatlarında müntəzəm iştirak edirik
# 30 sentyabr 2021 13:11 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə sentyabr ayında bir daha baş çəkib.

Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O bildirib ki, BQXK-nın nümayəndələri mandatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb: “BQXK-nın nümayəndələri həmin şəxslərin saxlanma şəraiti və onlarla rəftarı monitorinq edib. Həmçinin saxlanılan şəxslərin ailələri ilə telefon və video əlaqə saxlamağını təmin edib”.

İ. Hüseynova, həmçinin, bildirib ki, BQXK əməkdaşları münaqişə zəminində itkin düşən şəxslərin taleyinin aydınlaşdırılması üçün döyüşlərin aparıldığı ərazilərdə aparılan axtarış əməliyyatlarında müntəzəm surətdə iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR